Xəzər dənizinin hüquqi statusu ilə bağlı iclas keçiriləcək
28 Yanvar 2014 Çərşənbə Axşamı 10:02
Xüsusi İşçi Qrupunun iclasında Azərbaycanı xarici işlər nazirinin müavini Xələf Xələfov təmsil edəcək.
Qazaxıstanın Astana şəhərində Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın işlənib hazırlanması üzrə Xüsusi İşçi Qrupunun növbəti iclası keçiriləcək.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, cari ilin 28-30 yanvar tarixlərində Qazaxıstanın Astana şəhərində Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın işlənib hazırlanması üzrə Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin müavinləri səviyyəsində Xüsusi İşçi Qrupunun növbəti 35-ci iclası keçiriləcək.
İclasda Azərbaycanı xarici işlər nazirinin müavini Xələf Xələfov təmsil edəcək.
Həmçinin səfər çərçivəsində Azərbaycan-Qazaxıstan Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrin keçirilməsi də nəzərdə tutulub.
DOSTLARINLA PAYLAŞ: