Xəzər dənizi çalxalandı
22 Oktyabr 2013 Çərşənbə Axşamı 09:55
Xəzər dənizində Astaradan 47 km cənub-şərqdə zəlzələ qeydə alınıb.
Bu gün saat 04.28 radələrində Xəzər dənizində zəlzələ olub. Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) baş direktoru Qurban Yetirmişlinin ANS PRESS-ə verdiyi məlumata görə, zəlzələ Xəzər dənizində, Astaradan 47 km cənub-şərqdə zəlzələ qeydə alınıb.

Yeraltı təkanın maqnitudası 3,20 olub. Yeraltı təkan 23 km dərinlikdə baş verib və hiss olunmayıb.

“Biz az və yalnız xüsusi cihazlar vasitəsilə qeydə alınan yeraltı təkanları baş verdikdə belə, bu barədə Avropa Seysmoloji Xidmət Mərkəzinə göndəririk. Bu zəlzələ daim baş verə bilər və heç bir qorxusu yoxdur”, - deyə Qurban Yetirmişli bildirib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar