APA-nın məlumatına görə, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli AMEA Rəyasət Heyətinin 2009-cu ilin nəticələrinə həsr olunmuş hesabat iclasında məlumat verib. O deyib ki, bu təkanlardan 1744-ü yerli, 1936-sı yaxın-uzaq zəlzələlər olub ki, bunlardan da 20-si hiss edilib.
Aparılan müşahidələr nəticəsində məlum olub ki, 2008-ci illə müqayisədə ötən ildə baş verən zəlzələlərin sayı artsa da, ayrılmış seysmik enerjinin miqdarı düşüb. 2009-cu ildə Azərbaycan ərazisində dərinliyi 10 km olan 130, 10-20 km olan 262, 20-30 km olan 130, 30-40 km olan 82, 40-51 və 46-50 km olan 44 zəlzələ qeydə alınıb.
Ölkə ərazisində yüksək seysmik zona kimi Böyük Qafqazın cənub-şərq yamacı, xüsusilə, Şamaxı-İsmayıllı rayonları seysmoaktiv ərazilər kimi qeydə alınıb. Ötən il Kür çökəkliyinin Mingəçevir su anbarını əhatə edən hissəsində də 2008-ci illə müqayisədə seysmik aktivliyin artması, Şamaxıdan cənuba doğru, Cəlilabad və Hacıqabul rayonlarında isə zəlzələlərin episentrlərinin sıxılması müşahidə olunub.
Q. Yetirmişli deyib ki, Xəzər dənizi akvatoriyasının seysmik aktivliyinin 2008-ci ilə nisbətən yüksəlməsi nəticəsində şimali Xəzərdə seysmikliyin əhəmiyyətli dərəcədə aktivləşməsi müşahidə olunub.
2009-cu ildə ən yüksək gərginlik-deformasiya vəziyyətinə Şamaxı, Şəki, İsmayıllı seysmogen zonalarında və Aydınbulaq-Ağdaş ərazilərində rast gəlinib. Dağ süxurları kütlələrinin paylanması prosesinin kifayət qədər yavaş gedir, buna görə də bu ərazilər 2010-cu ildə seysmik cəhətdən yüksək təhlükəli ərazilər olacaq. APA
Xəzər dənizi akvatoriyasında seysmik aktivlik artıb
21 rəqəmsal və 14 analoq seysmik stansiya şəbəkəsi ilə aparılan müşahidələr nəticəsində ötən il Azərbaycan ərazisində 3680 yeraltı təkan qeydə alınıb.




Şərhlər