Xətaidə kəsilən ağacların yerində evlər ucalır
02 Mart 2014 Bazar 00:18
Bu haqda Neapol küçəsi 26 və 28 saylı binaların sakinləri şikayət edib.
Xətai rayonu, Neapol küçəsi 26 və 28 saylı binaların sakinləri onların həyətlərindəki 20-30 yaşı olan ağacacların kəsilib yerində evlər tikilməsindən şikayət edirlər. Bu işlərə bir neçə ay əvvəl başlanılsa da artıq həyətdə bir neçə ikimərtəbəli ev ucalıb.

Doğurdan da ağaclar özləri də deyilənləri təsdiqləyirdi. İstər evlərin yaxınığında qol-budağı qırılımış bu gövdələr, istərsə də artıq doğranmış kötüklər. Yeni inşa edilmiş evlərin ətrafında ağacların oduncağı daşınsa da qol-budaqları hələ də qalmışdı. Sakinlər bu işlərin necə həyata keçirildiyini də bilirlər.

Binaların qarşısında uşaqların istirahəti üçün nəzərdə tutulmuş sahə isə indi həmin evlərin çıxış qapısıdır. Sakinləri narahat edən digər məsələ də uşaqların istirahəti üçün nəzərdə tutulmuş bu ərazinin qeyri-qanuni evlərin sahiblərinin avtomobil dayanacağı olmasıdır. Həmçinn o avtomobillərin sabah həyətdə oynayan uşaqları vuracağına, xəsarət yetirəcəyinə də heç kim təminat verə bilməz. Bəlkə də bu səbəbdəndir ki, suallarımızla müraciət etdiyimiz unvanlardan cavab ala bilmədik. İlk olaraq ərazidəki 94 nömrəli mənzil kommunal istismar sahəsinə yollandıq. Saat 15.00 radələri olsa da qapılar bağlı idi. Növbəti günlərdə isə dəfələrlə əlaqə saxlasaq da rəisi yerində tapa bilmədik. Növbəti müraciət etdiyimiz ünvan Xətai rayon icra hakimiyyəti oldu. İcra başçısının müavini Zaməddin Əkbərov bu məsələ ilə bağlı danışmaq istəmədiyini və qurumun memarının səlahiyyətində olduğunu bildirdi. Onun telefon nömrəsini dəfələrlə yığsaq da cavab ala bilmədik. Kəsilən ağaclarla bağlı Ekologiya və Təbii Sərvətlər nazirliyinə də müraciət etdik. Nazirliyin mətbuat xidmətindən sorğumuza yazılı cavab olaraq bildirdilər ki, qanunsuz ağackəsilməsi ilə bağl Neapol küçəsi 26 və 28 saylı ünvandan vətəndaş Daşdəmirli tərəfindən daxil olmuş müraciət əsasında Yaşar Hacıyev adlı şəxs tərəfindən 3 ağac kəsildiyi müəyyən edilib və həmin şəxs 3 min 600 manat məbləğində cərimə olunub. Amma sonradan hansısa ağacların kəsilməsi ilə bağlı quruma hər hansı məlumat daxil olmayıb. Əgər belə bir hal olarsa, nazirlik dərhal müvafiq tədbirlər görəcək. Odur ki, sakinlər tikilən evlərin qarşısını ala bilməsələr də kəsilən ağaclar üçün yenə də ETSN-nə müraciət etsinlər. Bir də övladlarının gələcəyini özləri düşünsünlər. Görünən odur ki, bu həyatda baş verənlərin qarşısını almaq çətindir. Həm onlara, həm də susmağı qızıl bilən aidiyyatı qurumların rəsmilərinə.



DOSTLARINLA PAYLAŞ:

oyunlar