Xətaidə 78 yaşlı rus xilas edilib
    22 Mart 2014 Şənbə 01:04
    Mənzilə baxış keçirərkən hərəkətsiz vəziyyətdə aşkarlanan Yevgeni Ulikov xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilib.
    
                	 
    
         Bakı şəhərinin Xətai rayonunda mənzildə bağlı qapı arxasında 1 nəfər köməksiz vəziyyətdə qalıb.
FHN-nin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən,  dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. 
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, 1936-cı il təvəllüdlü Ulikov Yevgeni Dimitriyeviç mənzilin qapısının dəfələrlə döyülməsinə və uzunmüddətli telefon zənglərinə reaksiya vermir. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə doqquzmərtəbəli yaşayış binasının 7-ci mərtəbəsində yerləşən mənzilə giriş qapısını bayır tərəfdən açaraq daxil olublar. Mənzilə baxış keçirərkən hərəkətsiz vəziyyətdə aşkarlanan vətəndaş xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilib. 
DOSTLARINLA PAYLAŞ: