Kliniki Tibbi mərkəzdəki seçki prosesini 12 yerli, 1 beynəlxalq müşahidəçi izləyib.
Azərbaycanda bütün xəstəxanalar kimi 1 saylı Kliniki Tibbi mərkəzdə də prezident seçkiləri keçirilib. ANS PRESS olaraq Nəsimi rayonu 22 saylı seçki dairəsinin 32-33 saylı seçki məntəqələrində müşahidələr apardıq. Xəstəxanada daşınan seçki qutusundan istifadə olunurdu. Seçki komissiyasının üzvləri qutunu xəstələrin yatdıqları palatalara aparırdı. Komissiyanın sədri Məhəbbət İslam qızı Qəmbərovanın sözlərinə görə, hələlik bu gün xəstəxanada müalicə olan xəstələrdən 300-dən artığı səs verib. Günün ikinci yarısına qədər xəstəxanada müalicə alan bütün xəstələr prezident seçkilərində iştirak edəcək.
Seçki prosesini 12 yerli, 1 beynəlxalq müşahidəçi izləyib.
Qeyd edək ki, xəstələr səslərini sərbəst şəkildə verə bilirdilər. Onlar istədikləri namizədin qarşısındakı boş xanaya qeyd edirdilər.