Xədicə İsmayıl məhkəməyə verildi
01 Oktyabr 2014 Çərşənbə 11:51
Bayraqdar Elman Türkoğlu: Xədicə İsmayıl mənə qarşı etdiklərinə görə cavab verməlidir.
Bayraqdar Elman Türkoğlu jurnalist Xədicə İsmayılı məhkəməyə verib. Bu barədə ANS PRESS-ə bayraqdar özü məlumat verib.
“Xədicə İsmayıl mənə qarşı etdiklərinə görə cavab verməlidir. Mən ailədə, qohum-əqrəba içində biabır olmuşam. Artıq bu təhqirlərə, təhdidlərə dözə bilmirəm. Məni və ailəmi hər gün təhdid edirlər. Oğluma zərər verəcəkləri ilə hədələyirlər”.
Onun sözlərinə görə, Xədicə İsmayıl 2011-ci ildə də ona böhtanlar atıb. Bu zaman MTN-də araşdırma aparıldı və Elman Bayraqdarın orada ümumiyyətlə adının olmadığı ortaya çıxdı. Xədicə İsmayılla söhbətdən sonra o, iddialarından əl çəkdi.
“Amma bir müddət sonra Xədicə İsmayıl yenə mənə böhtanlar atdı. Guya mən MTN-in adamı kimi müxalifətçilərin içərisinə sızdırılmışam və onların arasında fikir ayrılığı yaratmalıyam. Guya vəzifəm müxalifəti parçalamaq olub. Bundan başqa, iddia edir ki, mən 1992-ci ildə Şəkidə kafedə Yeganə Abdullayeva adlı qızı zorlamışam. Daha sora isə qız intihar edib. Bunları eşidəndə mən Xədicə İsmayılın Facebook səhifəsinə mesaj yazdım. Bunların yalan olduğunu və bunu özünün də bildiyini dedim. O isə mənə məhəl qoymadı. “Get nə istəyirsən et, məhkəməyə ver”, - dedi və məni bloka saldı. Bu iddialardan sonra MTN-də araşdırma aparılıb. Orada mənim adım heç ümumiyyətlə olmayıb. Xədicə İsmayılın bütün yalanları üzə çıxıb. Ona görə də mən onu məhkəməyə vermişəm. Xədicə İsmayılın Varşavada azərbaycanlı çıxış edərkən etdikləri isə son hədd oldu. Mən onun məhkəmədə cavab verməsi üçün partiyadan da istefa vermişəm”.
E.Bayraqdarı hətta oğlunu öldürməklə təhdid edildiyini də deyib. “Artıq ailəm də cana yığılıb. Mən Xədicə İsmayılın heç üzr istəməsini də istəmirdim. Sadəcə bunların yalan, böhtan olduğunu bildirsəydi, mən də, ailəm də rahat olardıq. Amma o razılaşmadı. Buna görə də Xədicə İsmayıl məhkləmədə cavab verəcək”.
DOSTLARINLA PAYLAŞ: