Xankəndidə hava limanının açılış tarixi təxirə salındı
05 Aprel 2011 Çərşənbə Axşamı 15:41
Tarixin nə vaxt olacağı bilinir
Azərbaycanın erməni işğalı altına olan Xankəndi şəhərində inşa olunan hava limanının açılış tarixi təxirə salınıb. ANS PRESS-in erməni kütləvi informasiya vasitlərinə istinadən verdiyi xəbərə görə, separatçı Dağlıq Qarabağ rejminin mətbuat xidmətinin rəhbəri David Babayan “Kavkazskiy uzel”ə deyib ki, hava limanının mayın 9-da rəsmi açılışı olacağı ilə bağlı hər hansı rəsmi məlumat verilməyib.
Qeyd edək ki, Azərbaycanın ermənilər tərəfindən işğal altında olan ərazilərində inşa olunan aeroportun açılışını mayın 9-na planlaşdırdıqları haqda bəyanatı qondarma rejomin mülki aviasiya idarəsindən vermişdilər. Elə həmin idarədən bildirmişdilər ki, ümumilikdə binanın tikinti işləri artıq yekunlaşıb, hazırda texniki təchizat işləri üzrə proses davam edir.
Babayan bildirib ki, hava limanının mayın 9-da açılması üçün müəyyən şərait var idi, lakin bununla bağlı heç bir rəsmi məlumat verilməyib. “Bu çox mürəkkəb prosesdir və heç bir texniki səhv olmaması üçün bina bütünlüklə hazır olmalıdır. Ona görə də hava limanının açılış tarixi bir neçə dəfə nəzərdən keçirilib. Birinci dəfə biz hava limanının 2010-cu ilin oktyabr-noyabr ayında açılmasını planlaşdırırdıq və s. Amma hava limanı mayın 9-u olmasa da, bu il mütləq açılacaq”, deyən Babayan əlavə edib.
O, bunu texniki səbəblərlə bağlayıb və Azərbaycanın təhdidlərinin bu məsələyə tamamilə aidiyyatı olmadığını bildirib.
Öz növbəsində qondarma respublikanın mülki aviasiya üzrə baş idarəsinin rəisi Valeri Adbaşyan da Azərbaycanın işğal olunmuş ərazilərində hava limanının mayın 9-da açılması haqda məlumatın yanlış olduğunu bildirib: “Bilmirəm siz bu haqda məlumatı haradan əldə etmisiniz? Kimsə bu şayiəni buraxıb, bu da eləcə yayılıb. Mən şəxsən heç vaxt açılışın mayın 9-da olacağını deməmişəm”.
"Burada müəyyən işlər gedir, yəni böyük bir ərazidə tənzimlənmə, qurma işlərinə aylarla vaxt gedir. Buna görə də hələlik dəqiq tarix yoxdur, həm də ki bizi heç kim tələsdirmir, rəhbərlik özü deyir ki, hazır olanda fəaliyyətə keçəcəyik. Amma o, bir şey də əlavə edib ki, Xankəndi hava limanı ola bilər yayın əvvəlində işə başlasın", deyə Adbaşyan əlavə edib.
Xatırladaq ki, rəsmi Bakı bəyan etmişdi ki, Azərbaycan qanunvericiliyinə əsasən ölkənin işğal altında olan əraziləri üzərində hava sahəsi uçuşlar üçün qapalı zona sayılır. Azərbaycan bununla bağlı öz mövqeyini artıq Beynəlxalq Mülki Aviasiya Təşkilatına çatdırıb.
DOSTLARINLA PAYLAŞ: