Xan plovu valeh edib
02 May 2011 Bazar Ertəsi 14:20
“AİESEC” beynəlxalq tələbə təşkilatının region üzrə vitse-prezidenti Yekaterina Xaleskaya Azərbaycana səfərə gəlib. Xan plovu onu özüne valeh edib.
“AİESEC” beynəlxalq tələbə təşkilatının Orta Şərq, Şimali Afrika, Mərkəzi Avropa və Cənub Qafqaz üzrə vitse-prezidenti Yekaterina Xaleskaya Azərbaycana səfərə gəlib. “AİESEC”ın mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, bu, xanım Y. Xaleskayanın Azərbaycana ilk səfəridir.

Səfər çərçivəsində region üzrə vitse-prezident Bakıda AİESEC çərçivəsində bir sıra işgüzar görüşlər keçirib. Bundan başqa, Yekaterina Xaleskaya AİESEC-ın keçirdiyi yerli şirkətlər, eləcədə bu yaxınlarda AMCHAM (ABŞ-ın Azərbaycandakı Ticarət Palatası) keçirilən birgə biznes görüşə də qatılıb.

“AİESEC”ın Orta Şərq, Şimali Afrika, Mərkəzi Avropa və Cənub Qafqaz üzrə vitse-prezidentinin Azərbaycana səfərinin əsas məqsədi təşkilatın Azərbaycanda gördüyü işlərlə yaxından tanış olmaq, həyata keçirilən təcrübə -mübadilə prosesini izləməkdir. Yekaterina Xaleskaya Azərbaycana səfər çərçivəsində azərbaycanlı tələbələrlə görüş keçirib. Onlarla əldə etdiyi geniş təcrübə ilə bölüşüb. Daha sonra tələbləri maraqlandıran müxətlif sualları cavablandırıb.

Xanım Y. Xaleskaya azərbaycanlı tələblərə ilk olaraq hər zaman aktiv olmağı və özlərini müxtəlif sahələrdə sınamağı tövsiyə edib: ““AİESEC” beynəlxalq tələbə təşkilatı həqiqətən tələbələrə böyük imkanlar yaradır. Tələbələrə töviyəm budur ki, onlara təşkilat tərəfindən yaradılan bu imkanlardan səmərəli istifadə etsinlər. Görüşlərə, onlar üçün xüsusi təşkil edilmiş treyninqlər, biznes görüşlər, təcrübə-mübadilə proqramına aktiv şəkildə qatılsılar. Çünki AİESEC dünyada beynəlxalq tələbə və gənc mütəxəssislərin mübadiləsi təşkilatı üzrə yeganə belə gənclər təşkilatıdır. Sizi uğurlu karyeraya aparan bir tranplindir”.

Qeyd edək ki, ölkəmizə ilk dəfə səfər edən qonaq qısa zaman çərçivəsində Bakını da gəzməyə fürsət tapıb. Onun sözlərinə görə, Bakı olduqca gözəl şəhərdir: “Mən burada çox böyük inkişaf görürəm, siz müasirliklə yanaşı həm də qədimliyi də qoruyub saxlaya bilmisiniz. Mən İçərişəhərdə oldum, bizə “Xan plovu” qonaqlığı verdilər. Çox xoşum gəldi, sadəcə sözlə ifadə edə bilmirəm. Hər şeyə görə təşəkkürlər”.

Xatırladaq ki, dünyanın 110-dan çox ölkəsində 50 mindən yuxarı üzvü olan AISEC təşkilatı gənclərə beynəlxalq təcrübə mübadiləsi proqramlarında iştirak etməklə liderlik bacarıqları qazanmaq və qlobal təhsil proqramlarından faydalanmağa şərait yaradır. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar