Xalq artisti Ramiz Əzizbəylinin vəziyyəti pisləşdi
24 May 2014 Şənbə 20:50
Ramiz Əzizbəyli: Məni bağışlayın, danışmağa halım və taqətim yoxdur.
Xalq artisti Ramiz Əzizbəylinin səhhəti yenidən pisləşib. ANS PRESS-in məlumatına görə, tanınmış aktyor, kəskin ağrılardan əziyyət çəkdiyini, vəziyyətinin qəfil dəyişdiyini AzNews.az saytina danışıb: “Məni bağışlayın, danışmağa halım və taqətim yoxdur. Pisəm, ağrıdan doğranıram. Mədəm mənə rahatlıq vermir. Hər yerim ağrıyır. Sağ yerim yox. Vəziyyətim qəfil dəyişdi”.

Ramiz Əzizbəyli həmçinin əlavə edib ki, bütün ağrı-acılara baxmayaraq, daha həkimə getmək fikrində deyil: “Nə olsa belə, həkimə müraciət etməyəcəm”.

Xatırladaq ki, aktyor Ramiz Əzizbəyli bir neçə ay bundan əvvəl avtomobil qəzası keçirib. O, bir müddət əvvəl xəstəxanada müalicə olunub.



DOSTLARINLA PAYLAŞ:

oyunlar