«Waivera» suları Azərbaycan bazarına çıxarılıb
15 Oktyabr 2009 Cümə Axşamı 14:55
Avropanın 5-7 ulduzlu otellərində təqdim olunan «Waivera» suyu Azərbaycan istehlakçılarına təklif olunmağa başlayıb.
«APA-ECONOMICS»in bildirdiyinə görə, bu su ilk dəfə 1870-ci illərdə Yeni Zelandiyada «Waivera» isti su kurortu ərazisində qablaşdırılaraq satışa təqdim olunub. Aparılan tədqiqatlara görə, «Waivera»da isti su torpaq və süxurlardan süzülməklə yerin dərin qatlarından öz enerjisi hesabına səthə çıxır. İnsanlar su müalicəsini almaq üçün dünyanın hər bir yerindən «Waivera»ya gəlirlər.
Qüvvə verən, susuzluğu yatıran və qanı təmizləyən su kimi xarakterizə olunan «Waivera» suyunun tamlığının qorunması üçün 400 metr dərinliyində quyu qazılıb və yeraltı suların axmasının qarşısını almaq üçün quyunun divarları qoruyucu məhlul ilə örtülüb. Quyudan 52 Selsi istilik dərəcəsində qalxan su aktivlәşdirilmiş karbon süzgəclərindən, istilik dəyişdirici və soyuducu qurğularından, ikiqat ultrabənövşəyi sterilizatorlardan, su yumşaldıcı filtrdən, bir neçə geri osmos süzgəclərindən keçirilərək paslanmayan poladdan düzəldilmiş su saxlayıcı çənə yönəldilir. Bundan sonra, su elektroliz üsulunu tətbiq etməklə müasir tipli ion ayrıcı qurğudan keçirilir, aktivləşdirlir və tərkibi sabitləşdirilir. Bu prosesdən «Waivera» içməli suyu və Vayveradakı kurort su vannalarında istifadə edilən müalicəvi kurort suyu alınır.
İçməli suyun qablaşdırılması məhsulun tam bütövlüyünü təmin etmək məqsədilə ən son imkanları və ən yaxşı cәhәtlәri özündə əks etdirən İtaliyanın «Procomac ex» şirkətinin istehsalı olan müasir tipli doldurma xəttində baş verir.ANSPRESS
DOSTLARINLA PAYLAŞ: