Vüqar Səfərli: Jurnalistlər üçün tikiləcək binanın təməlqoyma mərasimi texniki səbəblərdən başqa va
24 May 2011 Çərşənbə Axşamı 11:36
Vüqar Səfərli:“Media nümayəndələri üçün inşa ediləcək mənzillərə sahib olmaq istəyən jurnalistlər fərdi qaydada öz sənədlərini hazırlayıb fonda təqdim edəcəklər”.
APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə KİV-ə Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərov verib. O bildirib ki, binanın may ayında təməlqoyma mərasiminin keçirilməsi bəzi texniki məsələlərin həll olunmaması səbəblərdən başqa vaxta keçirilib: “Bizdən asılı olmayan səbəblərdən təməlqoyma mərasimi yubanıb. Binanın inşası ilə bağlı sənədlərin ekspertizadan keçməsi məsələsində bir qədər gecikmə var. Yəqin ki, yaxın vaxtlarda ekspertizanın nəticələrini bizə təqdim edəcəklər. Bundan sonra isə podratçı təşkilatı müəyyənləşdirərək işə başlayacağıq. Fikrimcə, prosesin başlanmasına az vaxt qalıb”.
Mənzillərin verilməsi şərtləri haqda da danışan V. Səfərov bunun evin tikintisindən sonra tam müəyyənləşdiriləcəyini deyib: “İki il müddətinə evin tikintisini başa çatdırılması nəzərdə tutulub. Evləri jurnalistlərə tam təmirli şəkildə təhvil verəcəyik”. O, zamanı gəldikcə media vasitəsilə jurnalistlərə əlavə məlumatların veriləcəyini də qeyd edib. APA
DOSTLARINLA PAYLAŞ: