Vüqar Həşimov FİDE reytinqinin zirvəsində
31 Dekabr 2009 Cümə Axşamı 13:55
Təmsilçimiz Vüqar Həşimov siyahıda ilk onluqda yer alıb
Beynəlxalq Şahmat Federasiyası 2010-cu il yanvarın 1-nə olan kişilər arasında dünyanın ən yüksək reytinqli 100 şahmatçısının adını açıqlayıb.

Azərbaycan şahmatçısı, Avropa çempionu Vüqar Həşimov bu siyahıda ilk onluqda yer alıb.

Digər Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov noyabrla müqayisədə 19-cu yerdən 11-ə yüksəlib.

Noyabrda 2748 bala malik Teymur Rəcəbov isə həmin müddətdə 11-ci pillədən 16-ya enib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar