Vidadi Bəylərov yeni vəzifəyə təyin edildi
03 Sentyabr 2014 Çərşənbə 12:54
Vidadi Bəylərov Tərtər rayon Telekommunikasiya qovşağının rəisi təyin edilib.
Ötən il oğlunun törətdiyi avtomobil qəzasına görə işdən cıxarılan Tərtər rayon icra başcısını birinci müavini Vidadi Bəylərova yeni vəzifə verilib.
“Qafqazinfo” xəbər verir ki, rayona yeni icra başcısı təyin edilən Müstəqim Məmmədovun tələbə yoldaşı olan Vidadi Bəylərov Tərtər rayon Telekommunikasiya qovşağının rəisi təyin edilib. Əvvəlki rəis Rüfət Qurbanov isə Kürdəmir rayon Telekommunikasiya qovşağının rəisi təyin edilib.
Xatırladaq ki, Vidadi Bəylərovun yeniyetmə oğlu Elxan Bəylərli ötən il avtomabil qəzası törədib və bir nəfərin ölümünə səbəb olmuşdu. Bu fakta görə Vidadi Bəylərov işdən çıxarılmışdı.
DOSTLARINLA PAYLAŞ: