Vəzifəli şəxslərə cinayət işi açıldı
14 May 2014 Çərşənbə 12:34
“RUM” MTK-nın vəzifəli şəxsi mənzili təkrarən başqa şəxsə satıb.
“RUM” MTK-nın vəzifəli şəxsləri barəsində cinayət işi başlanıb.

ANS PRESS-in Baş Prokurorluğa istinadən verdiyi məlumata görə, Bakı şəhər sakinin “RUM” Mənzil-Tikinti Kooperativinin vəzifəli şəxslərinin qanunsuz hərəkətlərə yol vermələri barədə müraciəti Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

Araşdırmalar zamanı kooperativin icraçı direktoru İman Hüseynovun vəzifə səlahiyyətlərindən sui-istifadə edərək kooperativ tərəfindən Xətai rayonunda inşa edilmiş çoxmərtəbəli yaşayış binasındakı mənzili qanunsuz olaraq təkrarən başqa şəxsə satıb. Eyni zamanda həmin mənzili 63 min manata satdığı halda rəsmi sənədlərə mənzilin guya 27 min 700 ABŞ dollarına satılması barədə bilə-bilə yalan məlumatlar daxil etməklə vətəndaşın qanuni mənayefinə mühüm zərər vurmasında şübhələr üçün əsaslar müəyyən edilib.

Bu faktlara görə Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.

Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar