Ölkə

Vergilər Nazirliyinin bir sıra strukturlarında islahatlar aparılıb

Azərbaycan Vergilər Nazirliyinin bir sıra strukturlarının tərkib quruluşu, ştat vahidlərinin say və bölgüsündə dəyişiklik edilib.

· Xəbərçi
Vergilər Nazirliyinin bir sıra strukturlarında islahatlar aparılıb
Vergilər naziri Fazil Məmmədovun imzaladığı əmrlə Vergilər Nazirliyinin Bakı şəhəri Vergilər Departamentinin 1, 2 və 3 saylı fılialları ləğv edilib. Ləğv olunmuş filiallarının ştat vahidlərinin bir qismi hesabına Bakı şəhəri Vergilər Departamentinin "Vergi borclarının məcburi almması idarəsi", "Bəyannamələrin qəbulu və işlənməsi idarəsi" və "Vergi ödəyicilərinə xidmət idarəsi" yaradılıb.

Həmçinin Vergilər Nazirliyi yanında Vergi Auditi Departamentinin yeni tərkib quruluşu, ştat vahidlərinin sayı və bölgüsü təsdiqlənib. APA

Şərhlər