Vergilər naziri Fazil Məmmədov vətəndaşlarla görüşdü
21 Fevral 2014 Cümə 16:51
Nazir Fazil Məmmədov görüşdə Mingəçevir, Yevlax və Goranboy rayonlarından olan vətəndaşları qəbul edib.
Vergilər naziri Fazil Məmmədov Mingəçevirdə vətəndaşlarla görüşüb. Vergilər Nazirliyinin Analitik-informasiya şöbəsindən ANS PRESS-ə verilən məlumata görə, nazir görüşdə Mingəçevir, Yevlax və Goranboy rayonlarından olan vətəndaşları qəbul edib.

Vergilərin hesablanması, ödənilməsi, nəzarət kassa aparatlarının tətbiqi, vergi borcları, vergi nəzarəti tədbirləri sahəsində sahibkarların qarşılaşdıqları problemlər, vergi ödəyicilərinə göstərilən xidmətlər, kiçik sahibkarlığa güzəştli kreditlərin verilməsi, vergi orqanlarına işə qəbul və digər məsələlərlə bağlı 50-dən çox vətəndaş vergilər nazirinə müraciət edib.

Qəbul zamanı qaldırılan problemlərin əksəriyyəti yerindəcə həll olunub. Digərləri nəzarətə götürülüb, bir sıra məsələlərin araşdırılması və lazımi tədbirlər görülməsi ilə bağlı müvafiq tapşırıqlar verilib. Qəbula gələn vətəndaşlar onlar üçün yaradılmış bu imkandan razı qaldırdıqlarını bildiriblər.


DOSTLARINLA PAYLAŞ:

oyunlar