Vergi strukturlarına xüsusi maşınlar ayrılıb
18 Fevral 2014 Çərşənbə Axşamı 15:25
Vergi ödəyicilərinə xidmət mərkəzlərinin nümayəndələrinə xüsusi nəqliyyat vasitələrinin təqdim edilməsi ilə bağlı tədbir keçirilib.
Vergi ödəyicilərinə xidmət strukturlarına xüsusi nəqliyyat vasitələri ayrılıb. ANS PRESS-in Vergilər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, fevral ayının 18-də Vergilər Nazirliyinin inzibati binasının qarşısında vergi ödəyicilərinə xidmət mərkəzlərinin nümayəndələrinə xüsusi nəqliyyat vasitələrinin təqdim edilməsi ilə bağlı tədbir keçirilib. Tədbirdə çıxış edən vergilər nazirinin müavini, 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri Sahib Ələkbərov bildirib ki, bu avtomobillər vergi orqanları tərəfindən göstərilən xidmətlərin bu xidmətlərin istehlakçılarına daha da yaxınlaşdırılması, onların insanlar üçün daha rahat və əlçatan olmasının təmin edilməsi məqdsədini daşıyır. Həmçinin nəqliyyat vasitələri xidmət tədbirlərinin vergi orqanlarının nəzarət dairəsinə aid olan bütün rayonları, qəsəbə və kəndləri əhatə etməsi, vergi təbliğatının ünvanlı şəkildə aparılması məqsədilə alınıb. Onların üzərində Vergilər Nazirliyinin atributları (Nazirliyin adı, loqosu, internet saytının rəsmi ünvanı) habelə “195 Çağrı Mərkəzi” sözləri yerləşdirilib.

Vergilər Nazirliyinin aldığı 50 ədəd Fiat Doblo markalı avtomobillərdən bilavasitə vergi ödəyicilərinə xidmətlərin göstərilməsi sahəsində, o cümlədən Vergilər Nazirliyi təmsil olunan sərgilərdə, vergi ödəyiciləri və bələdiyyələrlə keçirilən müxtəlif görüşlərdə istifadə olunacaq. Eyni zamanda “vergi xidməti günlərində”, məktəblərdə şagird və tələbələrlə, keçirilən müxtəlif tədbirlərdə və görüşlərdə istifadə olunacaq.


DOSTLARINLA PAYLAŞ:

oyunlar