Ölkə

Vəkillərin maaşı müəyyən edildi

Təyinatlı vəkillərin məhkəmədə 1 saat işinə görə əmək haqqı 2 manat müəyyən edilib

· Xəbərçi
Vəkillərin maaşı müəyyən edildi
Hökumətin qərarı ilə təyinatlı vəkillərin məhkəmədə 1 saat işinə görə əmək haqqı 2 manat ölçüsündə müəyyən edilib.
Nazirlər Kabinetinin “Vəkillərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödəmələrin ölçüsü haqqında” 1 fevral 2001-ci il tarixli 31 saylı sərəncamına müvafiq dəyişikliklər edilib.
Əvvəllər aztəminatlı vətəndaşlara hüquqi xidmətlər göstərən vəkillərin əmək haqqı dəqiqləşdirilməmişdi və minimum şərti pul vahidinin 0,9 hissəsi kimi müəyyən edilmişdi.
Eyni sərəncama görə, tərcüməçilərin məhkəmədə 1 saatlıq işinə görə əmək haqqı 35 qəpik müəyyən edilib.
Sərəncam 1 yanvar 2010-cu ildən qüvvəyə minib.
Yeri gəlmişkən, Rusiyada təyinatlı vəkillər 1 saata 275 rubl (9$), Amerikada cinayət işinin mürəkkəbliyindən asılı olaraq saata 200-300$ alırlar. ANSPRESS

Şərhlər