Vaxtı keçmiş malları satan dükanların siyahısı
04 Sentyabr 2014 Cümə Axşamı 17:37
İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən keçirilən növbəti monitorinqlər keçirilib.
İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən keçirilən növbəti monitorinqlər keçirilib.

ANS PRESS-in məlumatına görə, araşdırmalar zamanı bəzi mağazalarda saxlama müddəti ötmüş malların satıldığı aşkarlanıb.

Sumqayıt şəhərində
- 42-ci məhəllə, ev 13 ünvanında Ceyrun Əliməmmədova məxsus mağazada;
- 45-ci məhəllə, C.Cabbarlı küçəsində Sevinc Mirzəyevaya məxsus mağazada saxlama müddəti ötmüş və normativ texniki sənədlərin tələblərinə uyğun olmayan malların;


Bakının Sabunçu rayonunda
- Sabunçu qəsəbəsi, Ə.Bağırov küçəsi, ev 14 ünvanında Mehriban İsayevaya məxsus mağazada;
- Bilgəh qəsəbəsi, Qələbə küçəsində Mahir Rəsulova məxsus mağazada;
- Bilgəh qəsəbəsi, Ə.Vahid küçəsində Rüfət Babayevə məxsus mağazada;


Yasamal rayonunda
- M.Müşfiq küçəsi, ev 10 ünvanında Azər Məcidova məxsus mağazada;
- H.Cavid prospekti və Ə.Haqverdiyev küçəsinin kəsişməsində Tofiq Məmmədova məxsus mağazada;
- S.Dadaşov küçəsi, ev 90 ünvanında Rizayət Rüstəmovaya məxsus mağazada;


Səbail rayonunda
- B.Sərdarov küçəsi, ev 2 ünvanında Telman Əlizadəyə məxsus mağazada;
- S.Rüstəmov küçəsi, ev 10 ünvanında Yunis Cabbarova məxsus mağazada;


Ucar rayonunda
- Qazıqumlaq kəndində Ramilə Əzizovaya məxsus kafedə;
- Ucar şəhəri, H.Əliyev prospekti, ev 150 ünvanında Hikmət Rəhimova məxsus yeməkxanada;


Zərdab şəhərində
- A.Mustafayev küçəsində Yaqub Mahmudova məxsus "Dalğa" kafesində normativ texniki sənədlərin tələblərinə uyğun olmayan malların;


Bakının Səbail rayonunda
- Badamdar qəsəbəsi, T.Məmmədov küçəsi, ev 23 ünvanında Təranə Kərimovaya məxsus mağazada;
- A.İsgəndərov küçəsi, ev 3/5 ünvanında Tarayəddin Səmədova məxsus mağazada;


Yasamal rayonunda
- İ.Qutqaşınlı küçəsi, ev 1 ünvanında Şaiq Bağıyevə məxsus mağazada;


Gəncə şəhəri
- A.Hacıyev küçəsi, ev 22 ünvanında Almaz Mədətovaya məxsus mağazada;


Göygöl rayonunda
- Quşqara kəndində Hafiz Həsənova məxsus mağazada;


Şəmkir şəhərində
- 20 Yanvar küçəsində Fəxrəddin Hüseynova məxsus mağazada;


Zərdab şəhərində
- 4 yol ayırıcında Kamran Xəlilova məxsus kafedə;


Ağcabədi şəhərində
- Təbriz küçəsində Mərdan Quliyevə məxsus mağazada;


Qusar rayonunda
- Samur qəsəbəsində Feyti Abdullayevə və Zamir Musayevə məxsus mağazalarda;


Qax şəhərində
- H.Əliyev prospektində Ceyhunə Abdullayevaya məxsus mağazada saxlama müddəti ötmüş malların satıldığı aşkarlanıb.

Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.

İstehlakçılardan istifadə müddəti ötmüş, keyfiyyətsiz malların satışı halları ilə rastlaşdıqda, 498-15-01 və 498-15-04 nömrəli telefonlarla Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə və İqtisadiyyat və Sənaye Nazirliyinin 195-2 Telefon Məlumat Mərkəzinə məlumat vermələri xahiş olunur.


DOSTLARINLA PAYLAŞ:

oyunlar