Vasif Talıbov “Mətbuatın dostu” diplomu alıb
15 Yanvar 2010 Cümə 00:55
Vasif Talıbov: “Mətbuat işçiləri bugünkü tariximizi gələcək nəsillərə daşıyan peşə adamlarıdır”
Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbova Naxçıvan Mətbuat Şurasının “Mətbuatın dostu” fəxri adının diplomu təqdim olunub.

Mətbuat Şurası, Ali Məclis sədrinin “Naxçıvan Muxtar Respublikasında dövlət mətbuat orqanlarının maddi-texniki vəziyyətini yaxşılaşdırmaq tədbirləri haqqında” 2000-ci il 29 mart tarixli sərəncamı kütləvi informasiya vasitələrinin inkişafı sahəsində əsaslı dönüş yaratmasını, “Şərq qapısı”, şəhər və rayon qəzetlərinin maddi-texniki bazası yaxşılaşdırılmasını, redaksiyaların əsaslı təmir olunmuş və ya yeni tikilmiş binalarda yerləşdirilməsini və s. əsas götürən Mətbuat Şurası ona “Mətbuatın dostu” fəxri adının verilməsi qərarına gəlib.

Naxçıvan Mətbuat Şurasının sədri Fərəc Fərəcov diplomu Ali Məclisin sədrinə təqdim edib.
Vasif Talıbov qərara görə şura üzvlərinə təşəkkürünü bildirərək deyib ki, son illər muxtar respublikada mətbuatın inkişafı üçün bir çox işlər görülüb: “Bununla bərabər, hələ görüləsi işlər də çoxdur. Çünki mətbuat bütün dövrlərdə cəmiyyət həyatına təsir edən qüdrətli vasitələrdən biri, dövrün aynasıdır. Mətbuat işçiləri bugünkü tariximizi gələcək nəsillərə daşıyan peşə adamlarıdır”. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar