Uşaqpulu 75 manat olacaq
13 Noyabr 2009 Cümə 15:05
Uşaqpulu 75 manat olacaq. Bəzi millət vəkilləri isə bununla razı deyillər.
Bu gün Milli Məclis büdcə zərfinə daxil olan Dövlət Sosial Müdafiə Fondunun 2010-cu il büdcəsi haqqında qanun layihəsinin müzakirəsinə başlayıb. Sənəd baradə məlumat verən fondun sədri Səlim Müslümov bildirib ki, gələn il qurumun həm büdcə gəlirləri, həm də xərcləri 1 milyard 757 milyon 216 min manat proqnozlarşdırılır. Bu da cari ilin fond büdcəsinin gözlənilən icrasından təqribən 62,6 milyon manat çoxdur.
S. Müslümovun sözlərinə görə, bu vəsaitin 533 milyon 705 min manatı dövlət büdcəsindən transfertlər hesabına formalaşacaq. S.Müslümov yanvarın 1-dən uşağın anadan olmasına görə ödənilən birdəfəlik müavinətin 50 faiz artırılaraq 75 manata çatdırılacağını da deyib.
Bəzi millət vəkilləri bu müavinətin MDB-nin kasıb ölkələrində belə 150 dollardan artıq olduğunu əsas gətirib buna yenidən baxılmasını təklif etdilər.
Deputat Əli Əhmədov isə bu zaman ünvanlılığın təmin olunmasını istəyib. "Elə ailələr var ki, onların 75 manata ehtiyacı yoxdur və uşağı olandan sonra belə bu pulu almır. Amma bəziləri üçün bu böyük vəsait sayıla bilər". Ə. Əhmədov pensiyaya çıxıb işləyənlərlə bağlı məsələnin sərtlədirilməsini də təklif edib.
ANSPRESS
DOSTLARINLA PAYLAŞ: