Uşaq döyən müəllimə nazirliyə çağırıldı
22 May 2014 Cümə Axşamı 11:20
Afaq adlı müəllimə səhər saatlaçrından Təhsil Nazirliyinə gedib.
İnternat evində 7 yaşlı uşağı döyməkdə ittiham edilən müəllimə Təhsil Nazirliyinə çağırılıb. Bu barədə məlumat ANS PRESS-ə 7 nömrəli xüsusi internat məktəbindən verilib. Məktəbin əməkdaşı Afaq müəllimənin bu gün səhər hadisə ilə bağlı nazirliyə çağırıldığını deyib.
Qeyd edək ki, bir necə gün öncə 7 saylı xüsusi internat məktəbində təhsil alan Nihad Zaur oğlu Cavadovun məktəbdə çalışan müəllimlərdən biri tərəfindən döyülməsi barədə məlumat verilmişdi. Hadisədən sonra Təhsil, Daxili İşlər və Milli Təhlükəsizlik nazirlikləri hadisə yerində araşdırma aparmağa başladıqlarını açıqladılar.
Günün sonunda Təhsil və Daxili İşlər nazirlikləri məlumat yayaraq, uşağın döyülmədiyini, "ayaqyolunda ayağı sürüşərək, yıxıldığını" dedi.
Lakin ötən gün axşam saatlarında N.Cavadovun yeni videosu yayıldı. O, Afaq müəllimə adlanan qadın tərəfindən döydüyünü bildirib. "Afaq müəllimə dedi ki, get Nurlanla Arzunu çağır. Onları çağırdım, əvvəl onları döydü, sonra da məni möhkəm döydü, başıma taxta ilə vurdu".
DOSTLARINLA PAYLAŞ: