Ölkə

Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycana yeni tövsiyələr verib

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) qrip üzərində epidemioloji nəzarətin gücləndirilməsinə dair Azərbaycana tövsiyələrini təqdim edib.

· Xəbərçi
Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycana yeni tövsiyələr verib


Bu barədə APA-ya ÜST-nin Azərbaycan nümayəndəliyindən məlumat verilib.

Nümayəndəlikdən bildirilib ki, bu tövsiyələr ÜST-nin Avropa Regional Bürosunun iki nümayəndəsinin fevral ayında Azərbaycana olan səfərinin nəticəsində hazırlanıb.

Ekspertlər tövsiyələrində Azərbaycanda kəşfiyyatçı epidemioloji nəzarətin gücləndirilməsi məqsədilə respublika üzrə tibbi məntəqələrin sayının artırılmasını təklif ediblər. Hazırda Səhiyyə Nazirliyində bu tövsiyələr müzakirə edilir.

Qeyd edək ki, ekspertlər Azərbaycanda səfərdə olduqları müddətdə Bakı, Mingəçevir, Sumqayıtda qripə epidemioloji nəzarət edən tibb məntəqələrindəki vəziyyətlə tanış olublar.

Şərhlər