Ukraynanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Boris Krimçuk ağır vəziyyətdə paytaxt Bakıda fəaliyyət göstərən "Uni klinika"ya yerləşdirib. Klinikadan ANS PRESS-ə verilən məlumata görə, səfir ötən axşam xəstəxanaya gətirilib və ona mədə-bağırsaq pozğunluğu diaqnozu qoyulub. Tibbi yardım göstərilən B. Krimçukun vəziyyəti vəziyyəti normaldır. Səfirin bu gün axşam evə buraxılması nəzərdə tutulub. /ANS PRESS/