Ukrayna prezidenti Viktor Yanukoviç Azərbaycana rəsmi səfərə gəlib. Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Ukrayna prezidenti Viktor Yanukoviçi hava limanında Azərbaycan Respublikası baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşılayıblar.
Milli geyimli uşaqlar Ukrayna prezidentinə gül dəstələri təqdim ediblər. Hava limanının ali qonaqlar üçün salonunda prezident Viktor Yanukoviç və baş nazirin birinci müavini Yaqub Eyyubov arasında qısa protokol söhbəti olub.
Ukrayna prezidentinin Azərbaycana səfəri başladı
Viktor Yanukoviçi hava limanında baş nazirin birinci müavini qarşılayıb




Şərhlər