Ukrayna prezidenti Şəhidlər xiyabanını ziyarət edib
29 Aprel 2011 Cümə 00:15
Viktor Yanukoviç “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub
Azərbaycanda rəsmi səfərdə olan Ukrayna prezidenti Viktor Yanukoviç aprelin 28-də Şəhidlər xiyabanını ziyarət edib.

Ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Ukrayna prezidenti Viktor Yanukoviç və nümayəndə heyətinin üzvləri Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarlarını ziyarət ediblər.

Ukrayna prezidenti “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

Müdafiə Nazirliyinin əlahiddə nümunəvi orkestrinin ifasında Ukraynanın və Azərbaycanın dövlət himnləri səslənib.

Ali qonağa Şəhidlər xiyabanının tarixi və paytaxtımızda görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.

Prezident Viktor Yanukoviç Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar