Ölkə

Ueyn Runi yenə zədələndi

Hücumçu Ueyn Runi Dünya Çempionatı ərəfəsində İngiltərə millisinin azarkeşlərini həyəcanlandırıb.

· Xəbərçi
Ueyn Runi yenə zədələndi
“Mançester Yunayted” klubunun hücumçusu Ueyn Runi yenə zədələnib və bununla İngiltərə futbol millisinin azarkeşlərini həyəcanlandırıb.

Premyer-Liqada 26 qol vuran Ueyn Runi sonuncu turda “Stouk Siti”yə qarşı oyundan axsaya-axsaya çıxıb. Qeyd edək ki, İngiltərə mililsinin məşqçisi Fabio Kapello Dünya Çempionatında iştirak edəcək ilkin heyəti iki gündən sonra açıqlamalıdır.

“Mançester Yunayted”in baş məşqçisi Aleks Fergüson Ueyn Runinin qasığından xəsarət aldığını təsdiqləyib: “Amma düşünmürəm ki, bu, ciddi zədədir. Güman edirəm ki, yığma ona bel bağlaya bilər”. ANSPRESS

Şərhlər