"Uduşlu Kupon"un qalibi müəyyən edilib
10 Mart 2010 Çərşənbə 16:55
"Uduşlu Kupon"un qalibi Azərbaycan Beynəlxalq Bankının müştərisi olub
“AGBank”ın keçirdiyi "Uduşlu Kupon" kampaniyasının növbəti qalibi məlum olub. Bu, Azərbaycan Beynəlxalq Bankının müştərisi, 1983-cü ildə anadan olan Günel Sultanovadır. Bankın mətbuat xidmətindən verilən məlumata görə, son iki ayda 7 nəfər uduşlu kuponun sahibi olub. Bir qədər əvvəl şirkətin iki qalibi 500 manat həcmində kupon alıb.

"AGBank"ın ölkədə analoqu olmayan "Uduşlu Kupon" kampaniyası çərçivəsində bankın bankomatlarında yalnız 500 və 200 manatlıq kuponlar yerləşdirilir. Ən əsası odur ki, bu kuponları təkcə “AGBank” kartının sahibləri deyil, həm də Azərbaycanın və ümumilikdə dünyanın istənilən bankının kart sahibləri ala bilər. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar