Üç aya yaxındır, oğlumdan heç bir xəbər yoxdur
14 Aprel 2009 Çərşənbə Axşamı 14:20
Ötən il oktyabrın 8-də erməni hərbi birləşmələri tərəfindən əsir götürülmüş Azərbaycan Ordusunun əsgəri Rafiq Rəhman oğlu Həsənovdan yanvarın 21-dən bəri heç bir xəbər yoxdur.
Onun sözlərinə görə, Beynəlxalq Qızıl Xaç KOmitəsinin (BQXK) əməkdaşları R. Həsənovdan sonuncu məktubu həmin gün gətiriblər, ondan sonra isə oğlu haqqında hər hansı məlumat almaq cəhdləri boşa çıxıb. Rəhman Həsənov bildirib ki, martın 4-də BQXK-ya müraciət edib, sözügedən qurumdan ona yaxın günlərdə oğluna aparmaq üçün məktub alacaqlarını bildiriblər. Martın 10-da isə R. Həsənov oğluna yazdığı məktubu BQXK nümayəndələrinə verib: “Məktubda oğlumun Novruz bayramını təbrik eləmişdim, yolunu gözlədiyimizi yazmışdım”.

Həmin məktuba bu günə qədər cavab almadığını bildirən R. Həsənovun sözlərinə görə, bu gün səhər Ağdam rayon İcra hakimiyyəti başçısının qəbulunda olub, ondan da kömək istəyib: “Mənə yalnız söz verirlər. Yaxın günlərdə yenidən BQXK-nın Bakı nümayəndəliyinə gedəcəyəm”.

Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin əsgəri, 1989-cu il təvəllüdlü Rafiq Rəhman oğlu Həsənov 8 oktyabr 2008-ci il tarixdə Qazax rayonu ərazisində qoşunların təmas xəttində Ermənistan hərbçiləri tərəfindən naməlum şəraitdə əsir götürülüb.
 
APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar