"Twitter"də Azərbaycan Prezident Administrasiyasının səhifəsi açılıb
12 Aprel 2011 Çərşənbə Axşamı 11:19
Səhifədə prezidentin gündəlik iş cədvəli, Prezident Administrasiyasının fəaliyyəti haqqında məlumat öz əksini tapacaq
Azərbaycan Prezidenti Administrasiyası "Twitter" sosial şəbəkəsində rəsmi səhifəsi açılıb. Səhifə www.twitter.com/AzerbaijanPA ünvanında yerləşir.

Səhifədə Azərbaycan Prezidentinin gündəlik iş cədvəli, Prezident Administrasiyasının fəaliyyəti haqqında məlumat öz əksini tapacaq, Administrasiya rəhbərləri və şöbə müdirlərinin bütün bəyanat və şərhləri təqdim olunacaq. Səhifədə Administrasiyadakı qəbullar və görüşlər haqqında məlumat yerləşdiriləcək, Prezident Administrasiyasının himayəsi altında həyata keçirilən layihə və tədbirlər işıqlandırılacaq.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyevin "Twitter" sosial şəbəkəsində ingilis və Azərbaycan dillərində iki rəsmi səhifəsi var (www.twitter.com/azpresident, www.twitter.com/presidentaz).


DOSTLARINLA PAYLAŞ:

oyunlar