Türkiyədən Qara Alaca Holştayn cinsi inəklər alınacaq
02 İyun 2014 Bazar Ertəsi 11:32
Azərbaycan Türkiyədən Qara Alaca Holştayn cinsi inəklər alacaq. Sabirabad və Saatlıda 40 ailəyə 80 boğaz düyə paylanılıb.
ANS PRESS-in məlumatına görə, layihə çərçivəsində ilk mərhələdə artıq cins inəklər Sabirabad və Saatlı şəhərlərinə gətirilib. 40 ailəyə "Holştayn" cinsi 80 boğaz düyə paylanılıb. Layihə çərçivəsində Azərbaycana növbəti dəfə cins inəklərin gətirilməsi də nəzərdə tutulur.

Qeyd edək ki, sözügedən inəklər Türkiyə Qida, Kənd təsərrüfatı və Heyvandarlıq Nazirliyi ilə Türkiyə Damazlıq Heyvanlar Birliyinin birgə həyata keçirdiyi cinsləşdirmə fəaliyyəti nəticəsində yetişdirilir.

Türkiyə cins inəkləri Azərbaycandan başqa Türkmənistana da ixrac edir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar