Ölkə

Türk modası Bakıda nümayiş olunacaq

Bu ayın sonunda Heydər Əliyev adına İdman-Konsert Kompleksində moda sərgisi keçiriləcək. Türk modası Bakıda nümayiş olunacaq.

· Xəbərçi
Türk modası Bakıda nümayiş olunacaq
Layihənin təşkilatçılarının APA-ya verdiyi məlumata görə, yanvarın 28-dən 30-dək Türkiyənin 40-dən çox şirkətinin geyim və tekstil nümunələrinin nümayiş olunacağı moda sərgisi “İstanbul Fashion Show - Bakıda” adlanır. Türkiyənin “Meridyen Fuarcılık” sərgi şirkəti, Osmanbəy və “OTİAD” (Osmanbəy Türkiyə İş Adamları Dərnəyi) tərəfindən təşkil olunacaq tədbirdə qadın, kişi və uşaq geyimləri, müxtəlif aksessuarlar və digər maraqlı əşyalar sərgilənəcək.

Qeyd edək ki, “İstanbul Fashion Show” sərgisi daha öncə Qazaxıstan, Rusiya, Ukrayna, Türkmənistan və digər ölkələrdə keçirilib. APA

Şərhlər