Ölkə

Turizm mövsümünə görə qəbul imtahanlarının vaxtının dəyişdirilməsi düzgün deyil

TQDK sədri Məleykə Abbaszadə turizm şirkətlərinə öz təklifini verib.

· Xəbərçi
Turizm mövsümünə görə qəbul imtahanlarının vaxtının dəyişdirilməsi düzgün deyil
“Azərbaycanın bəzi turist şirkətlərinin turizm mövsümü ilə əlaqədar qəbul imtahanlarının vaxtının dəyişdirilməsi ilə bağlı təklifi artıqdır”. APA-nın məlumatına görə, bura barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, turizm mövsümünə görə qəbul imtahanlarının vaxtının dəyişdirilməsi ilə bağlı təklif düzgün deyil: “Mən də onlara təklif edərdim ki, daxili turizmdə xidmətlərin keyfiyyətini yüksəltsinlər və qiymətləri dəyişsinlər. Keyfiyyətə və qiymətə görə daxili turizmə daha tez və daha çox turist cəlb etmək mümkündür”. ANSPRESS

Şərhlər