Ölkə

Turizm haqqında yeni qanun layihəsi hazırlanıb

Yeni qanunda beynəlxalq normalar, beynəlxalq turizm bazarına inteqrasiya üçün lazım olan fəaliyyətin tənzimlənməsi və s. əksini tapacaq

· Xəbərçi
Turizm haqqında yeni qanun layihəsi hazırlanıb
Prezident İlham Əliyev tərəfindən təsdiq edilmiş 2011-ci ilin “Turizm ili” elan edilməsi ilə bağlı Tədbirlər Planında nəzərdə tutulan məsələlərdən biri də bu ilin sonunadək “Turizm haqqında” qanunun yeni layihəsinin Milli Məclisə təqdim edilməsidir. Mədəniyyət və Turizm Nazirliyi turizm şöbəsi müdirinin müavini - daxili turizmin inkişafı sektorunun müdiri Mahir Qəhrəmanov bildirib ki, yeni qanun layihəsinə artıq Nazirlər Kabinetində baxılıb və sənəd razılaşdırılmaq üçün Ədliyyə Nazirliyinə göndərilib.

M.Qəhrəmanovun sözlərinə görə, “Turizm haqqında” yeni qanunun qəbulu bu sahənin inkişafına əlavə imkanlar yaradacaq. Günün tələblərinə cavab verəcək yeni qanunda beynəlxalq normalar, bu çərçivədə Mədəniyyət və Turizm Nazirliyi qarşısında duran vəzifələr, eyni zamanda beynəlxalq turizm bazarına inteqrasiya üçün lazım olan fəaliyyətin tənzimlənməsi və s. mühüm məsələlər öz əksini tapacaq.

Şərhlər