Turistlər niyə Şəki halvasını almaq istəmirlər?
28 Avqust 2011 Bazar 14:42
Yerli ustaların bildirdiklərinə görə, onlar almaqdan çox halvanın dadına baxırlar.
Şəki deyəndə ilk olaraq ağlımıza Şəki ləhcəsi kimi şirin şəki halvası gəlir. Şəkidən gələn qonaqlardan da ilk olaraq bu təamı gözləyirik. Nadir usta ömrünün 50 ilini Şəki halvası hazırlamağa sərf edib.

Şəki halvasının yuxaları düyü unundan bişirilir, qoz, fındıq ləpəsindən hazırlanır. Nadir ustanın peşəsini təhvil alan oğlu Əbülfəz deyir ki, bir çox ustalar fındıq halvası bişirməyə üstünlük verir. “Halvaçıların işini asanlaşdırmaq üçün müxtəlif texnikalar icad olunub. Ama bu gündə Şəki halvaçıları halvanı dədə-babadan qalma üsullarla hazırlayırlar”, - deyə o bildirib.

Turistlər də Şəki halvasını çox bəyənirlər. Amma almaqdan daha çox dadına baxmağa üstünlük verirlər.

Bu gün Şəkidə 60-a yaxın halva sexi var. Sexlərin əksəriyyəti ustaların ya atasının, ya da babasının adını daşıyır. Bu da əlbəttə həmən ustanın halvaçılar nəslindən olduğuna işarədir. Hər sexdə də orta hesabla 5 nəfərin işlədiyini nəzərə alsaq, deyə bilərik ki, 350 nəfərə yaxın şəkilinin çörək pulu halvadan çıxır. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar