Trayan Baseskunun Azərbaycana səfəri başa çatıb
19 Aprel 2011 Çərşənbə Axşamı 14:10
Rumıniya prezidentinin Azərbaycana rəsmi səfəri başa çatıb
Bakı – APA. Rumıniya prezidenti Trayan Baseskunun Azərbaycana rəsmi səfəri aprelin 19-da başa çatıb. APA-nın məlumatına görə, Heydər Əliyev Beynəlxalq Aeroportunda Rumıniya prezidentini Azərbaycanın baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər yola salıblar.
Qeyd edək ki, T. Baseskunun iki günlük səfəri çərçivəsində Azərbaycanla Rumıniya arasında qarşılıqlı əməkdaşlığa dair bir neçə sənəd imzalanıb.
DOSTLARINLA PAYLAŞ: