Ölkə

Trayan Basesku Şəhidlər xiyabanını ziyarət edib

Rumıniya prezidenti daha sonra Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtını seyr edib

· Xəbərçi
Trayan Basesku Şəhidlər xiyabanını ziyarət edib
Azərbaycan Respublikasında rəsmi səfərdə olan Rumıniya Prezidenti Trayan Besesku aprelin 19-da Şəhidlər xiyabanını ziyarət edib. Burada ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Rumıniya Prezidenti Trayan Besesku “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.
Müdafiə Nazirliyinin əlahiddə nümunəvi orkestrinin ifasında Rumıniyanın və Azərbaycanın dövlət himnləri səslənib.
Sonra Rumıniya Prezidenti Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtını seyr edib.

Şərhlər