Tovuzda yeni su anbarı tikiləcək
27 May 2010 Cümə Axşamı 17:35
Bu barədə "Meliorasiya və Su Təsərrüfat" ASC-nin rəisi Əhməd Əhmədzadə bildirib.
Kür çayında suyun səviyyəsi 9 santimetr qalxıb. ANS TV-nin təbii fəlakət bölgəsinə ezam olunan xüsusi müxbirinin məlumatına görə, bu barədə "Meliorasiya və Su Təsərrüfat" ASC-nin rəisi Əhməd Əhmədzadə bildirib. Onun sözlərinə görə, suyun səviyyəsinin Sabirabad rayonunun Surra kəndi ərazisində qalxmasına səbəb "Sarısu" gölündə bəndlərin yarılması nəticəsində sel sularının Kürə axıdılması və Mingəçevir su anbarından çaya buraxılan suyun həcmi ilə bağlıdır.

Araz çayının Horadiz qəsəbəsindən keçən hissəsində isə su sərfi saniyədə 144 kubmetr azalıb.

Əhməd Əhmədzadə jurnalistlərə açıqlamasında onu da bildirib ki, Azərbaycan prezidenti tərəfindən Tovuz rayonu ərazisində Kür çayı üzərində yeni su anbarının tikilməsi üçün layihə həyata keçirilməsi ilə bağlı göstəriş verilib. Məlumata görə, həmin anbarın su tutumunun 3 milyard kubmetr olması nəzərdə tutulur. Bu da çayda suyun nizamlanmasına kömək edəcək. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar