Hökumət daşqın təhlükəsinin bir daha müşahidə olunmaması üçün bir sıra yeni layihələri nəzərdən keçirir. Bunlardan biri Kürün Tovuz rayonu ərazisindən keçən hissəsində yeni su anbarının tikintisidir. Bundan başqa Kür və Araz çaylarında yeni qolların açılması da plana daxildir.
“Meliorasiya və su təsərrüfatı” ASÇ-nin sədri Əhməd Əhmədzadə bildirib ki, kompleks tədbirlərin icərisində ən böyük tədbir Tovuz su anbarının tikintisidir. Onun sözlərinə görə, orada azı 3 milyard kubmetrə yaxın su nizamlamaq mümkün olacaq. “O layihə üzərinə işlənilir. SSRİ vaxtından olan sxemdir. Qalan məsələlərə gəldikdə isə bura Arazda yeni qolun acılması, Kürdə Salyanda yeni qolun acılması, sahil bərkitmə işlərinin gücləndirilməsi, dağ caylarında su anbarlarının tikilməsi, dağ caylarının sellərinin qarşısının alınması kimi məsələlər daxildir”, - deyə o vurğulayıb. ANSPRESS
Tovuz rayonunda yeni su anbarı tikiləcək
Daşqın təhlükəsinin qarşısının alınması üçün yeni layihələr nəzərdən keçirilir.




Şərhlər