Tovuz Rayon Polis Şöbəsi üçün müasir standartlara cavab verən yeni inzibati bina inşa olunur. Rayon polis şöbəsinin rəisi Vaqif İsmayılov AzərTAc-a bildirib ki, üçmərtəbəli binanın tikintisi artıq başa çatıb. Hazırda burada son tamamlama işləri yerinə yetirilir.
Qeyd edək ki, bu il rayon polis şöbəsinin Qovlar bölməsi üçün də yeni inzibati bina və Əsrik Cırdaxan kəndində sahə müvəkkili üçün iş otağı tikilərək istifadəyə verilib.
Tovuz polisi üçün yeni inzibati bina inşa olunur
Üçmərtəbəli binanın tikintisi artıq başa çatıb




Şərhlər