Paytaxtın “Torqovı” kimi tanınan Nizami küçəsi, 48 ünvanında yenidən təmir işləri başlanıb. ANS PRESS-in məlumatına görə, bu dəfə beton yer tamet daşlarla döşənir. İş icraçılarından biri Elşən Məmmədov ANS PRESS-ə açıqlamasında işlərin 3-4 gün ərzində yekunlaşacağını bildirib: “Yer beton idi. İndi yeri tamet daşları ilə döşəyirik. İşlər təxminən 3-4 ərzində yekunlaşacaq”.
Qeyd edək ki, paytaxtın mərkəzində təmir işləri ötən ildən başlayıb, may ayı ərzində yekunlaşmışdı. ANSPRESS
Torqovı yenidən təmir olunur
Torqovı yenidən təmir olunur. Nizami küçəsində beton yer tamet daşlarla döşənir.




Şərhlər