Azərbaycan Milli Elmlər Akademiyasının Dilçilik İnstitutunun sabiq bölmə müdiri, “Tolişi sədo” qəzetinin baş redaktoru Novruzəli Məmmədov bu gün saat 17.00 radələrində Ədliyyə Nazirliyinin Müalicə Müəssisəsində vəfat edib.
Bu barədə İşgəncələrə qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov məlumat verib. Hüquq müdafiəçisi xəbəri N. Məmmədovun qohumlarından aldığını bildirib. Ədliyyə Nazirliyinin Penitensiar Xidmətindən də xəbəri təsdiqləyiblər.
Behbudov bildirib ki, Müalicə Müəssisəsində Novruzəli Məmmədovun səhhəti qəflətən pisləşib və həkimlər onu xilas edə bilməyiblər.
Mərhumun vəkili Ramiz Məmmədov da APA-ya açıqlamasında müdafiə etdiyi şəxsin bu gün Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Müalicə Müəssisəsində dünyasını dəyişdiyini təsdiqləyib.
Qeyd edək ki, Novruzəli Məmmədov Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) və 283-cü (milli, irqi, dini düşmənçiliyi yayma) maddələri ilə ittiham olunaraq 10 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdu.
/APA/