“Qarabağ”la “Qəbələ” arasında baş tutan qarşılaşma maraqlı fotolarla yadda qalıb.
“Qarabağ”la “Qəbələ” arasında baş tutan qarşılaşma maraqlı fotolarla yadda qalıb.
ANS PRESS-in məlumatına görə, dünən keçirilən oyun zamanı şiddətli qarın yağması nəticəsində Tofiq Bəhramov adına stadionun ot örtüyü qarla örtülüb.
Vəziyyətdən çıxış yolu tapmağa çalışan stadion əməkdaşları traktorun arxasına nərdivan bağlayaraq qarı təmizləməyə çalışıblar. Bunun elə də ciddi effekt vermədiyini görəndə isə bir nəfər nərdivanın üzərinə çıxıb və təmizləmə işlərinə davam edilib.
Dünyanın bir çox ölkələrində görməyə öyrəşdiyimiz texnikalardan istifadə əvəzinə bizdə unikal metodlara müraciət olunur. Sonda isə bu cür gülməli və eyni zamanda acınacaqlı fotolar ortaya çıxır.
FOTO: "Qafqazinfo"