Tıxac Bakıda bir neçə küçəni bağladı
29 Oktyabr 2013 Çərşənbə Axşamı 22:16
Avtobus sürücüləri ən yaxşı çarəni sərnişinləri yolun ortasında düşürüb, qaraja qayıtmaqda görürlər.
3 mikrorayon dairəsindən Memar Əcəmi metrosuna və Papanin istiqamətinə gedən yollarda 1 saatdan artıqdır ki, avtomobillərin tıxacı yaranıb. Şahidlərin bildirdiyinə görə, əraziyə Dövlət Yol Polisi əməkdaşlarından hem kim gəlməyib.
Bu barədə ANS PRESS-ə məlumat verən Bakı sakini bildirdi ki, kanalizasiya sisteminin partlaması nəticəsində yollara axan çirkab suları da gediş-gəlişi daha da çətinləşdirib.
Onun sözlərinə görə, avtobus sürücüləri ən yaxşı çarəni sərnişinləri yolun ortasında düşürüb, qaraja qayıtmaqda görürlər: "Artıq 52, 61, 86 və 169 saylı avtobuların sürücüləri sərnişinləri yolun ortasına qoyaraq qarajlarına qayıdıblar.
DOSTLARINLA PAYLAŞ: