Tina Kaydenau Azərbaycanda səfərdədir
25 Aprel 2011 Bazar Ertəsi 07:05
Amerikalı diplomat görüşlərdə Dağlıq Qarabağ probleminin həlli yollarının müzakirə olunacağını deyib
ABŞ Dövlət katibinin müavininin Avropa və Avraasiya məsələləri üzrə köməkçisi Tina Kaydenau Azərbaycanda səfərdədir. Səfər çərçivəsində bu gün onun prezident İlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarovla görüşəcəyi planlaşdırılır. Heydər Əliyev beynəlxalq hava limanında jurnalistlərə səfərinin məqsədini açıqlayan amerikalı diplomat danışıqlarda Dağlıq Qarabağ probleminin həlli yollarının müzakirə olunacağını deyib: “Mənim səfərimin məqsədi ondan ibarətdir ki, Azərbaycan prezidenti İlham Əliyevlə və xarici işlər naziri Elmar Məmməmdyarovla görüşüm. Görüşlərdə ikitərəfli əlaqələr, regionl və təhlükəsizlik məsələləri müzakirə mövzusu olacaq. Həmçinin vətəndaş cəmiyyətinin nümayəndələri ilə də görüşlər keçirəcəyəm. Hesab edirəm ki, bizim görüşlər çox səmərəli olacaq”.


DOSTLARINLA PAYLAŞ:

oyunlar