Tikinti şirkəti fəhlələrin pulunu vermir
16 Yanvar 2010 Şənbə 17:20
İki aydır əmək haqqı ala bilməyən fəhlələr iş icraçısını tapa bilmir
“Azimport” tikinti şirkətində aylardır fəhlə işləmiş işçilər öz halal maaşlarını ala bilmir. Fəhlələrin sözlərinə görə, 2 aydır ki, işlədikləri işin müqabilində məvaciblərini almaq istəsələr də, şirkətin müdiriyyəti yoxa çıxıb.

ANS PRESS-ə müraciət edən şirkətin fəhlələri bildirib ki, 30 nəfər əməkdaş dəfələrlə tikinti şirkətinin Şahlar adlı iş icraçısına pulların alınması üçün müraciət etsələr də, soyadını bilmədikləri həmin şəxs ya telefona cavab vermir, ya da fəhlələrin zəng etdiyini bilib telefonunu söndürür.

Fəhlələrin sözlərinə görə, şirkətin daha yuxarı instansiyalarına müraciət etdikdə isə “Gedin, Şahları tapın və pulunuzu ondan alın” cavabını alıblar.

Məsələyə aydınlıq gətirmək üçün “Azimport” tikinti şirkəti ilə əlaqə saxladıq. Şirkətdən bildiriblər ki, ümumiyyətlə “Azimport” tikinti şirkətində Şahlar adında adam işləmir. Şirkətin əməkdaşları isə hazırda müdiriyyətin yerində olmadığını və məsələyə bazar ertəsi aydınlıq gətirilə biləcəyini bildirib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar