Tərtərin Qapanlı kəndindən xəbər var
03 Avqust 2014 Bazar 11:30
Tərtərin Qapanlı kəndində sakinlərin köçürülməsi barəsində mətbuatda yayılan məlumatlar öz təsdiqini tapmayıb.
ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, ötən gecə cəbhənin Tərtər və Ağdam istiqamətində Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini 20 dəqiqəyə yaxın atışma baş verib. Qapanlı sakinləri isə heç yerə köçürülməyiblər. Kəndin ermənilərlə daha yaxın olan hissəsində yaşayan insanlar da öz evlərindən köçürülməyiblər:
“Qapanlı kəndində sakinlərin köçürülməsi xəbərləri yalandır. Bu gecə Tərtərin Qapanlı, Ağadamın Təzəkənd, Mirəsirli, Çıraqlı kəndlərində olmuşuq. Heç bir köçürülmədən söhbət belə gedə bilməz. İnsanlar öz evlərindədirlər. Atışma gedən zaman onlar öz həyətlərindən atışmaya baxırdılar. Hazırda hər kəs öz işi ilə məğul olur”.
Qeyd edək ki, bəzi kütləvi informasiya vasitələrində cəbhə xəttinə yaxın yerləşən kəndələrimzidən insanların köçülüməsi barədə xəbərlər yayılıb.
Qeyd edək ki, Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirliblər ki, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 190 dəfə pozulub.
DOSTLARINLA PAYLAŞ: