Ölkə

Telefon abunəçilərinin nömrəsi dəyişəcək

ATS-in 374 prefiksinə keşməsi ilə bağlı telefon xətlərinin işində fasilələr olacaqü. Telefon abunəçilərinin nömrəsi dəyişəcək.

· Xəbərçi
Telefon abunəçilərinin nömrəsi dəyişəcək
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RITN) Bakı Telefon Rabitəsi İstehsalat Birliyi (BTRİB) bu gündən etibarən 74 saylı analoq avtomat telefon stansiyasının (ATS) abunəçilərini NGN tipli elektron ATS-ə keçirilməsi üzrə işlərə başlayır.

Nazirlikdən ANS PRESS-ə verilən məlumata görə, abunəçilərin elektron ATS-ə keçirilməsindən sonra telefon nömrələrinin prefiksi 374 olacaq.

Rekonstruksiya işlərinin başlaması ilə bağlı BTRİB sözügedən ATS-in abunəçilərinin telefon xətlərinin işində qısamüddətli fasilələr ola biləcəyini bildirir.

Qeyd edək ki, paytaxtın Nizami rayon Telekommunikasiya Qovşağının bir sıra ATS-lərinin, o cümlədən 74 saylı ATS-də, rekonstruksiyası üzrə işlər bu ilin dekabr ayında başa çatdırılıb. ANSPRESS

Şərhlər