Tehsile, sehiyyeye ve medeniyyete vesaitler artacaq
07 Oktyabr 2013 Bazar Ertəsi 20:03
Tehsile, sehiyyeye ve medeniyyete vesaitler artacaq. Gelen il üçün proqnozlaşdırılan dövlet büdcesinin layihesi artıq hazırdır.
2014-cü ildə təhsilə 1 milyard 653 milyon 445 min manat ayrılması proqnozlaşdırılır ki, bu da 2013-cü il üçün nəzərdə tutulmuş 1 milyard 530 milyon 482,7 min manata baxanda 8% çoxdur. Bu barədə ANS PRESS Maliyyə Nazirliyinin saytında yerləşdirilmiş dövlət büdcəsi layihəsinin göstəricilərinə əsasən bildirir.

Səhiyyəyə ayrılan vəsaitlər üzrə proqnoz isə bu il nəzərdə tutulandan 8,4% çoxdur. 2014-cü ildə səhiyyəyə dövlət büdcəsindən 725 milyon 586,2 min manat ayrılması proqnozlaşdırılır, halbuki 2013-cü il büdcəsində bu, 699 milyon 250,5 min manat nəzərdə tutulub.

Mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi və s. sahələr üçün proqnozlaşdırılan vəsait isə 2013-cü ilə baxanda 7,5% artacaq. Cari ilin büdcəsində bu göstərici 289 milyon 729,7 min manat nəzərdə tutulduğu halda, gələn ilin büdcəsi üçün 311 milyon 410,4 min manat səviyyəsində proqnozlaşdırılır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar